Saturday, April 4, 2015

MAYBÖCƏYİ



               
       Biz faydalı və zərərli həşəratları müəyyən etdk.Insanların həyatında rol oynayan, xəstəlık törədən, təbiətə gözəllik verən həşaratlarla tanış olduq.Mən belə bir nəticəyə gəldim ki, yer üzərində faydası olmayan  həşərat yoxdur. Onları qorumaq zərərli növləri ilə mübarizə aparmaq lazımdır.



KƏPƏNƏKLƏR VƏ BÖCƏKLƏR



       Həşəratların təbiətdə və insanların həyatında çox böük əhəmiyyətinin olması insanı onlar haqqında daha geniş məlumat almağa sövq edir.
İnsanlar həyat üçün, yaşamaq üçün  bitkilərə borcludur. İnsanları oksigenlə, qida ilə təmin edən bitkilərdr.Bitkilərdə gedən həyati proseslərdə  rol oynayan amillərdən biri tozlanmadır.Bu prosesin getməsi isə məhz həşəratlarla bağlıdır.Əgər həşəratlar olmasa nə baş verə bilər?Tozlanma necə baş
verir, bu prosesdə hansı həşəratlar rol oynayır?
      Həşaratların bəzi növləri bitkilərin yarpaqları ilə cavan zoğları ilə qidalanaraq onlara zərər vurur.
Bəzi həşəratlar bitkilərdə xəstəlık törədir,bəzıləri isə insan və heyvanda xəstəliklər törədir . Onlarla necə  mübarizə aparılmalıdır?Onlar hansı həşəratlardır?
      İnsan yaşadığı zaman həyatda müxtəlif qida məhsulundan  eləcə də müxtəlif istehlak mallarından istifadə edir. Belə məhsullardan biri bal və təbii ipəkdir.Bu məhsullar necə və nədən alınır?
      Hər gün yüzlərlə bitki və heyvan orqanizmləri məhv olur.Bəs bu qalıqlar yer üzərindən necə yox olur?Yer üzərinin sanitarları nələrdır? 
Həşəratlar nəsil qayğısına necə qalır?
Həşəratların qorunan və" Qırmızı  kitaba" düşən növləri varmı?

Friday, April 3, 2015

HƏŞƏRATLAR





            Həşaratlar buğumayaqlılar tipinə aid olan heyvanlardır.Tipin ən böyuk sinfi olan bu heyvanlar
planetin  hər yerində geniş yayılmışdır.Sinfin 1,5 milyon növü məlumdur.Sinfə aid olan növlər sərbəst,yırtıcı və parazit həyat tərzi keçirirlər.Bunların təbiətdə,təsərrüfatda və tibbdə əhəmiyyəti böyükdür.
         Sinfə aid olan həşəratları müxtəlif dəstələrdə birləşdirirlər.Bunların sərtqanadlılar,düzqanadlılar,
pulcuqqanadlılar. bərabərqanadlılar,zarqanadlılar,ikiqanadlılar və s kimi dəstələri vardır.
Həşəratların sərtqanqdlılar dəstəsinə may böcəyi, peyin böcəyi,məzar böcəyi, taxıl  sümürtkəni.kolora
da böcəyi və başqaları aiddir.
         Düzqanadlılar dəstəsinə aid olan çəyirtkələr, şalalar sisəklər,danadişilərə əsasən isti zonalarda
rast gəlinir.Bunlar zərərvericidirlər.
Pulcuqqanadlılar dəstəsinə aid olan kəpənəklər  ilahinin gözəlliklərindən biridir.Bunların faydalı və zərərli növləri var.
Bərabərqanadlılar dəstəsinin nümayəndələri əsasən zərərvericilərdir.
Zarqanadlılar dəstəsinə bal arısı,eşşək arıları,torpaq arıları qarışqalar və minicilər aiddir.Dəstəyə aid olan növlər faydalı həşəratlardır.
İkiqanadlılar dəstəsinə ev milçəyi, göyünlər mozalaniar,ağcaqanadlar və miğmığalar aiddir. Bunlar
xəstəliktörədicı həşəratlar hesab olunur.










KƏPƏNƏKLƏR



kəpənəklər
Rəngli qanadları,zərif uçuşları ilə təbii bir gözəllik olan  bu canlılar allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir.
Ölkəmizdə 15 000 minədək  kəpənək növü vardır.Kəpənəklərin hər iki cüt qanadının üzərində müxtəlif rənglərdə çoxlu kiçik pulcuqlar olduğu üçün bunlara pulcuqqanadlılar deyilir.Kəpənəklər çiçək nektarı ilə qidalanır,nektarın dadını isə ayaqlarında yerləşən dadbilmə orqanı vasitəsi ilə hiss edir.
Kəpənəklər yumurtalarını topa halında müxtəlif bitkilərin yarpaqları və yaxud yaşıl hissələri üzərinə qoyur.Bitkilərə zərər vuran məhz yumurtadan çıxan sürfələrdir.
Bəzi ölkələrdə kəpənəklər ölməzlik--əbədi həyat simvolu hesab olunur.
İki yanaşı uçan kəpənəklər xoşbəxt ailə rəmzidir.

Kəpənəklərin  tut ipəkqurdu adlanan növü uzun  illərdir ki, insanlar tərəfindən bəslənilib çoxaldılır və onlardan təbii ipək əldə olunur.Azərbaycanda da hələ qədim zamanlardan tut ipəkqurdu yetişdirilir.Azərbaycanın Şəki şəhəri öz ipəyi ilə dünyada məşhurdur.İpəkqurdunun bir baraması 1500 m-dək ipək sap verir.
   Kəpənəklərin çox-çox yaraşıqlı növləri vardır.
  
Kəpənəklərin hamısı tam çevrilmə yolu ilə çoxalır.
                          Sssü                                                             
Yumurta        sürfə               pup           yetkin fərd






























Gəlin təbiətin bu gözəlliklərini öyrənək və qoruyaq.