Friday, April 3, 2015

HƏŞƏRATLAR





            Həşaratlar buğumayaqlılar tipinə aid olan heyvanlardır.Tipin ən böyuk sinfi olan bu heyvanlar
planetin  hər yerində geniş yayılmışdır.Sinfin 1,5 milyon növü məlumdur.Sinfə aid olan növlər sərbəst,yırtıcı və parazit həyat tərzi keçirirlər.Bunların təbiətdə,təsərrüfatda və tibbdə əhəmiyyəti böyükdür.
         Sinfə aid olan həşəratları müxtəlif dəstələrdə birləşdirirlər.Bunların sərtqanadlılar,düzqanadlılar,
pulcuqqanadlılar. bərabərqanadlılar,zarqanadlılar,ikiqanadlılar və s kimi dəstələri vardır.
Həşəratların sərtqanqdlılar dəstəsinə may böcəyi, peyin böcəyi,məzar böcəyi, taxıl  sümürtkəni.kolora
da böcəyi və başqaları aiddir.
         Düzqanadlılar dəstəsinə aid olan çəyirtkələr, şalalar sisəklər,danadişilərə əsasən isti zonalarda
rast gəlinir.Bunlar zərərvericidirlər.
Pulcuqqanadlılar dəstəsinə aid olan kəpənəklər  ilahinin gözəlliklərindən biridir.Bunların faydalı və zərərli növləri var.
Bərabərqanadlılar dəstəsinin nümayəndələri əsasən zərərvericilərdir.
Zarqanadlılar dəstəsinə bal arısı,eşşək arıları,torpaq arıları qarışqalar və minicilər aiddir.Dəstəyə aid olan növlər faydalı həşəratlardır.
İkiqanadlılar dəstəsinə ev milçəyi, göyünlər mozalaniar,ağcaqanadlar və miğmığalar aiddir. Bunlar
xəstəliktörədicı həşəratlar hesab olunur.










KƏPƏNƏKLƏR



kəpənəklər
Rəngli qanadları,zərif uçuşları ilə təbii bir gözəllik olan  bu canlılar allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir.
Ölkəmizdə 15 000 minədək  kəpənək növü vardır.Kəpənəklərin hər iki cüt qanadının üzərində müxtəlif rənglərdə çoxlu kiçik pulcuqlar olduğu üçün bunlara pulcuqqanadlılar deyilir.Kəpənəklər çiçək nektarı ilə qidalanır,nektarın dadını isə ayaqlarında yerləşən dadbilmə orqanı vasitəsi ilə hiss edir.
Kəpənəklər yumurtalarını topa halında müxtəlif bitkilərin yarpaqları və yaxud yaşıl hissələri üzərinə qoyur.Bitkilərə zərər vuran məhz yumurtadan çıxan sürfələrdir.
Bəzi ölkələrdə kəpənəklər ölməzlik--əbədi həyat simvolu hesab olunur.
İki yanaşı uçan kəpənəklər xoşbəxt ailə rəmzidir.

Kəpənəklərin  tut ipəkqurdu adlanan növü uzun  illərdir ki, insanlar tərəfindən bəslənilib çoxaldılır və onlardan təbii ipək əldə olunur.Azərbaycanda da hələ qədim zamanlardan tut ipəkqurdu yetişdirilir.Azərbaycanın Şəki şəhəri öz ipəyi ilə dünyada məşhurdur.İpəkqurdunun bir baraması 1500 m-dək ipək sap verir.
   Kəpənəklərin çox-çox yaraşıqlı növləri vardır.
  
Kəpənəklərin hamısı tam çevrilmə yolu ilə çoxalır.
                          Sssü                                                             
Yumurta        sürfə               pup           yetkin fərd






























Gəlin təbiətin bu gözəlliklərini öyrənək və qoruyaq. 















No comments:

Post a Comment